Milli Məclis Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsini qəbul edib

Mayın 20-də parlamentin Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsinə həsr olunan xüsusi iclası keçirilib.

İclası Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov açıb.

Mehriban Əliyeva iclasda çıxış edib.

Müzakirələrdən sonra “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul edilib.