Rusiyaya səfər

2017-ci il dekabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasında səfərdə olub.

Müqəddəs Mələksima Knyaginya Olqa ordeninin təqdim edilməsi mərasimi

2017-ci il dekabrın 26-da Moskvadakı Xilaskar İsa Məbədində Birinci vitse-prezident Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə bu ordenlə təltif edilib.

Əvvəlcə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Birinci vitse-prezident Mehriban Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunması haqqında Fərmanı oxunub.

Sonra Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Birinci vitse-prezident Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenini təqdim edib.

Patriarx Kirill mərasimdə çıxış edib.

Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.

XXX 

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xilaskar İsa Məbədi ilə tanış olublar.

26 dekabr 2017-ci il