İtaliyaya səfər

Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasına səfər edib.

Romanın "Fiumicino" Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İniqo Lambertini, bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər qarşılayıblar.

Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət

Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə gül dəstələri qoyublar.

Romada rəsmi qarşılanma mərasimi

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdiriblər.

Kuirinale Sarayı ilə tanışlıq

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuirinale Sarayı ilə tanış olub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Kuirinale Sarayının zallarını gəzib, burada nümayiş olunan eksponatlarla tanış olub. Mehriban Əliyevaya Kuirinale Sarayının tarixi, burada saxlanılan qiymətli əşyalar, o cümlədən rəsmlər, freskalar, mozaikalar barədə məlumat verilib.

Naməlum əsgər abidəsini ziyarət

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti

Fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.

Ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Ziyafətdən əvvəl qarşılıqlı hədiyyələr təqdim olunub.

Azərbaycan və İtaliya rəsmi nümayəndə heyətlərinin üzvləri dövlət başçıları İlham Əliyevə və Sercio Mattarellaya, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və İtaliya Prezidentinin qızı Laura Mattarellaya təqdim olunublar.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı

Fevralın 20-də Romadakı Kuirinale Sarayında “2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella konserti izləyiblər.

Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar.

Bina ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, burada Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin səfirliyimizin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı yola salıblar.

Vatikanda Papa Fransisk ilə görüş

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda olublar.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vatikanda rəsmi qarşılanma mərasimi olub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər.

Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüş

Fevralın 22-də Vatikana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub.

Kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçını (Dama di Gran Croce dell’ordine Piano) təqdim edib.

Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanışlıq

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar.

19-22 fevral 2020-ci il